Adi badam

Adi badam
Elmi təsnifat
Beynəlxalq elmi adı

Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Müxtəlifliyinə görə iki yerə ayrılır:

Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar.

Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi. Qozmeyvəli bitkidir. Hünd. 8 m-ədək olur. Təqr. 40 növü var. Asiyada, Şimali və Mərkəzi Amerika da, eləcə də Cənubi Avropada və s. müx təlif növləri (Azərbaycanda 3 növü) bitir. Ən əhəmiyyətlisi adi Badamdır (A. com munis). Kökləri dərinə işləyir. Lan set şə killi yarpaqları növbə ilə düzülmüş, çi çək ləri ağ, yaxud çəhrayı, beşlə çəklidir. Meyvəsi tüklü-oduncaqlı çəyirdəkdir; iyun–avqust aylarında yetişir. Meyvəsinin ləpəsində amiqda lin qlükozidi (acı badamda 4%-ə qədər), 6%-ədək su, 21% azotlu və 13% azotsuz maddə, 54% yağ (şirin Badamdan badam yağı, acı Badamdan acı efir yağı alınır), 4% sellüloz, 2% kül var. Əsasən, göz calağı vurmaqla çoxaldılır. Calaqaltı kimi şaftalı, gavalı və alçadan istifadə edilir; 4-cü ilində məhsul verməyə başlayır, 7–8-ci ilində isə tam bara düşür (hər ha-dan 400 kq-dan çox). Meyvəsi yeyilir, qənnadı sənayesində, tibdə, qabığı isə şərab və konyak istehsalında istifadə olu nur; Badam kəpəyi kosmetikada işlədilir. Abşeronda quraqlığadavamlı məhsuldar sortları alınmışdır.

  1. Australian Plant Name Index (ing.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search